Bakıda bir sinifdə 20 nəfər xəstədir RƏSMİ MÜNASİBƏT

14.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, bir müddətdir Azərbaycanda həm böyüklər, həm də uşaqlar arasında qrip simptomlu virusa yoluxma halları müşahidə olunur. Orta məktəblərdə də virusun sürətlə yayıldığı bildirilir. 

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə bir sinifdə 25 uşaqdan 20-nin xəstə olduğu ilə bağlı məlumat paylaşılıb.

“Müəllim xəbər edib, uşağı məktəbdən götürmüşük. 25 nəfərlik sinifdə 20 uşaq xəstədir. Sağlam uşağı dərsə göndərirsən, xəstələndirib evə göndərirlər. Məktəb bağlansın, bilək ki uşaq evdə sağlam olacaq”, - deyə paylaşımda qeyd olunub.


Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik.

Agentlikdən saytımıza bildirilib ki, ümumilikdə təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir:

“Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью