Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yol tikintisinə görə paytaxtın Nərimanov rayonunda yerləşən bəzi fərdi evlər söküləcək.
"Yeni Sabah" "Xəzər" TV-yə istinadən xəbər verir ki, söküntü işləri "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini əlaqələndirən yeni yolun inşası ilə bağlıdır.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, plana düşən evlərin hər kvadratmetrinə görə 2 500-3 000 manat arasında kompensasiya ödənilməsi planlaşdırılır. ShopByBro