Bakıda bir yerdə eyni vaxtda üç qəza Hadisə yerindən GÖRÜNTÜLƏR | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Yasamal rayonunda, Kənar dairəvi yolunda baş verən yol-nəqliyyat hadisəsinin detalları məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən yol-nəqliyyat hadisələri Bakı Kənar dairəvi yolun 4-cü kilometrliyində saat 22:26-da qeydə alınıb.
"Yolun sürüşkən olması səbəbindən eyni anda üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Sərdar Qurban oğlu Səfiyarovun idarə etdiyi MAN markalı, 77-ER-828 dövlət nömrə nişanlı yük avtomobili idarəetməni itirərək yolun ortasındakı maneəyə çırpıb.
Daha sonra 1995-ci il təvəllüdlü Seymur Cahangir oğlu Əhmədovun idarə etdiyi BYD markalı, 90-YN-035 dövlət nömrə nişanlı avtomobil də idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb.
Eyni zamanda, KIA markalı 99 ZO-887 dövlət nömrə nişanlı avtomobil 1979-cu il təvəllüdlü Kəmalə Gülhüseyn qızı Salmanovanın idarə etdiyi "Mazda" markalı 90-CJ-029 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisələr nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Tam oxu
Xəbəri oxu