GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bakıda biznesmenə qarşı yarım milyon manatdan çox pul mənimsənilib.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini Zaur İbadovun oğlu Sənana dostu ilə biznes qurmaq üçün 575 min manat verib.
Sənan da atasından aldığı həmin məbləği iş qurmaq üçün tanışı Emin Abbasova verib. Emin isə iş görmək əvəzinə həmin məbləği mənimsəyib.
Bundan sonra Zaur İbadov dələduzluqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.
Emin Abbasovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə təqsirləndirilən şəxs mənimsədiyi 575 min manatdan 420 min manat ödədiyi üçün Emin Abbasovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Zaur İbadovun özü də yükdaşıma biznesi ilə məşğuldur.
Emin Abbasovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.