Bakıda blokdan 650 manatlıq velosiped oğurlanıb ANBAAN VİDEO

17.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bakının Xətai rayonunda velosiped oğurlanıb.

BAKU.WS-ə məlumat verən şikayətçi Cavid Məmmədov bildirib ki, hadisə avqustun 6-da saat 23:30 radələrində Babək prospekti, bina 64, mənzil 124 ünvanında baş verib.

Onun sözlərinə görə, həmin ünvandan velosiped oğurlanıb. Oğurlanan velosipedin dəyərinin 650 manat olduğu bildirilir.

Hadisə ilə bağlı 34-cü Polis Bölməsinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью