Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

06.11.2026

Azvision saytına istinadən Icma.az xəbər verir.

Qonaqlar Bakıda keçirilən “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sammitin dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi, dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan və səmərəli təşkili, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi üçün mühüm platforma olduğu qeyd edilib.
Pakistan tərəfi ilə keçirilən görüşdə “ASAN xidmət” modelinin bu ölkədə uğurla tətbiqi, eləcə də dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun və əlçatanlığının artırılmasına verdiyi töhfə diqqət mərkəzində olub.
Tədbir çərçivəsində pakistanlı nazir “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
Yunanıstan tərəfi ilə görüşdə “ASAN xidmət” modelinin fəaliyyəti və tətbiq imkanları diqqət mərkəzində olub, bu təcrübənin öyrənilməsinə maraq ifadə edilib.
Macarıstan tərəfi ilə keçirilən görüşdə isə Azərbaycanın “ASAN xidmət” modeli ilə yanaşı, ASAN könüllülük konsepsiyasının da öyrənilməsinə xüsusi maraq ifadə olunub.
Sent-Vinsent və Qrenadin tərəfi də “ASAN xidmət” modelinin öyrənilməsi və ölkədə tətbiqi imkanlarının araşdırılmasında maraqlı olduqlarını bildirib.
Madaqaskar tərəfi Azərbaycan brendi olan, vətəndaşlara əlçatan, şəffaf və bürokratik maneələrdən kənar dövlət xidmətləri modelinin – “ASAN xidmət”in fəaliyyət prinsipləri ilə tanış olmaq, bu təcrübəni öyrənmək və ölkələrində tətbiq imkanlarını nəzərdən keçirməkdə maraqlı olduğunu ifadə edib.
Seneqal tərəfi ilə görüş zamanı 2025-ci ilin 3 iyun tarixində tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər planına dair müzakirələr aparılıb. Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью