Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən saat 20 radələrində paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Lökbatan və Xocasən qəsəbələrini birləşdirən yolda “BMW” markalı, 90-UC-335 dövlət qeydiyyat nişanlı minik avtomobili “Mercedes” markalı yük maşınına çırpılıb.
Nəticədə avtomobili idarə edən Şövqü Kərimov və sərnişini, həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb. Onların övladı Nurlan Kərimov isə ağır xəsarətlər alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.