Bakıda “BMW” ilə riskli manevrlər edən sürücü görün necə “şou” göstərdi VİDEO

02.09.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb. 

Avtosfer.az-ın məlumatına görə, 77-EF-505 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Paytaxtın Həsən Əliyev küçəsində qeydə alınmış kadrda o, “sağ-sol” edərək “şou” göstərib.

Atatürk prospektində çəkilmiş videoda isə ardıcıl olaraq manevr edən sürücü digər hərəkət iştirakçılarına qəza riski yaradıb. Eyni zamanda o, özüylə yanaşı avtomobildə olan sərnişini də təhlükəyə atıb.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью