Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün səhər saat 07:50 radələrində Bakının Nərimanov rayonu ZiyaBünyadov prospektində yol qəzası olub.
BAKU.WS-in məlumatına görə, "BMW" markalı "50 BY 678" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Nəticədə dirək aşaraq "Daewoo" markalı "90 TL 604" dövlət qeydiyyat nişanlı maşının üzərinə düşüb.
Nəticədə "Daewoo" markalı maşının sürücüsü xəsarət alıb. Faktla bağlı Nərimanov rayonu Polis İdarəsində araşdırma aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik: