Bakıda boru partladı, içməli su yolboyu axır

25.11.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabunçu rayonunun Yefim Saratov küçəsində içməli su borusu partlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, bir həftəyə yaxındır küçədə içməli su asfalt boyunca axır.

Sakinlərin sözlərinə görə, borular tez-tez partlayır, nəticədə içməli su küçələrə axır, yol çökür və evlər nəmlənir.

"Hadisənin dəfələrlə təkrarlanmasına baxmayaraq, peşəkar müdaxilə aparılmır. Evlərə ziyan dəyməsin deyə hər dəfə problemi sakinlər özləri aradan qaldırmağa məcbur qalır", - deyə şikayətçi vurğulayıb.

Ərazidən kadrları təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью