Bakıda BOSa avtomobillə qanunsuz daxil olmağa cəhd edildi

18.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirillib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.

Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью