Bakıda böyük həcmdə içməli su küçəyə axır VİDEO

23.07.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda içməli suyun küçəyə axması sakinlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, hadisə "Motodrom" kimi tanınan ərazidə - Ovdan küçəsində qeydə alınıb. İddiaya görə, su borusunun sıradan çıxması nəticəsində böyük həcmdə içməli su küçəyə axaraq israf olunur.

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Binəqədi Sukanal İdarəsinə məlumat verilib.

"Artıq əməkdaşlarımız sözügedən ünvana yola düşüblər. Su axıntısının qarşısının alınması üçün işlər görüləcək və əlavə məlumat veriləcək", - deyə açıqlamada bildirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью