Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günü ilə əlaqədar Bakıda Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205 saylı müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək