Bakıda bu avtobusda qiymət 65 qəpik oldu

31.08.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 1-dən 199 nömrəli marşrut xəttində avtobuslar dəyişdiriləcək.

"Yeni Sabah xəbər" verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan avtobuslar CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri ilə əvəzlənəcək. pizza hut

199 nömrəli marşrut üzrə avtobuslar Nərimanov rayonu, Nemət Quliyev küçəsi (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) – Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) istiqamətində hərəkət edəcək.

Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,65 manat təşkil edir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью