Bakıda bu avtobuslar yenilənir Rəsmi

24.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

AYNA-dan Axar.az-a verilən məlumata görə, köhnə avtobuslar 18 ədəd yeni, 2025-ci il istehsalı olan "King Long" markalı avtobuslarla əvəz edilib. Həmin avtobuslar müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, avtobuslar mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək.

Əlavə edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью