Bakıda bu ərazi susuz qaldı Qəza VİDEO

07.10.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə su verilmir.

Bakupost.az “Qafqazinfo”ya istrnadla xəbər verir ki, vətəndaşlar bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşıblar.

Onlar bildirib ki, Badamdar qəsəbəsinin bəzi yerlərində iki gündür su yoxdur. Eyni problem 6-cı mikrorayonda da yaşanır.

Belə ki, susuz qalan vətəndaşlar müxtəlif yerlərdən öz mənzillərinə su daşımağa məcbur olublar.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd olunan ünvanlarda içməli su xəttində qəza baş verib:

“Hazırda müvafiq rayon sukanal idarələrinin qəza briqadaları tərəfindən intensiv bərpa işləri görülür. Gün ərzində işlər yekunlaşdırılacaq, suyun verilməsi bərpa ediləcək”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью