Bakıda bu ərazi yanır

20.06.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Axar.az-a verilən məlumata görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью