Bakıda bu ərazidə piyadalarla bağlı PROBLEM 350 metr məsafəni...

26.01.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Nərimanov və Gənclik metro stansiyaları ərazisində yerləşən Dədə Qorqud parkına piyada əlçatanlığı ilə bağlı şəhərsalma və nəqliyyat planlaşdırması baxımından ciddi problem mövcuddur.

BAKU.WS-in məlumatına görə, məsələ nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev münasibət bildirib.

Onun fikrincə, ictimai nəqliyyat dayanacağından Dədə Qorqud parkına zebra keçidi ilə getmək üçün təxminən 350 metr məsafə qət etmək tələb olunur, halbuki düz xətt üzrə svetofor olan nöqtədən keçid cəmi 180 metrdir, lakin həmin ərazidə piyada keçidi mövcud deyil:

"Bu vəziyyət piyadaları ya ikiqat məsafə qət etməyə, ya da qaydasız və təhlükəli keçidlərdən istifadə etməyə məcbur edir. Məsələ təkcə zebra keçidinin olmaması ilə məhdudlaşmır, bu, piyada marşrutlarının düzgün planlaşdırılmamasının, ictimai nəqliyyatla park arasında əlaqənin qırılmasının və şəhər dizaynının insanları qayda pozmağa sövq etməsinin göstəricisidir.

Şəhərsalmanın əsas prinsipi piyada üçün ən qısa, təhlükəsiz və məntiqli marşrutun təmin edilməsidir və xüsusilə metro, park və dayanacaq kimi intensiv piyada axını olan nöqtələrdə svetofor varsa, mütləq zebra keçidi də olmalıdır. Ümid edək ki, bu cür məqamlar gələcəkdə nəzərə alınacaq və Bakı piyadalar üçün daha əlçatan şəhərə çevriləcək".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью