Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq

21.04.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xətai rayonu Oksigen küçəsi, ev 1 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina söküləcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

O bildirib ki, söküləcəyi nəzərdə tutulan bina ikimərtəbəlidir.

"Binada 31 ailə yaşayır. Artıq 8 ailənin köçürülməsi ilə bağlı razılığa gəlinib", - deyə o qeyd edib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью