Bakıda bu ərazilərdə 10 yeni metro stansiya tikiləcək RƏSMİ

03.05.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

"2030-cu ilə kimi tikiləcək 10 yeni stansiyanın dəqiq yerlərinin müəyyənləşdirilməsi prosesi tamamlanmaq üzrədir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.

O bildirib ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, 10 yeni stansiyanın 6-sı "bənövşəyi" xəttin, 4-ü isə "yaşıl" xəttin üzərində yerləşəcək:

"Stansiyalar arasında tunellərin və keçid yollarının layihələndirilməsi işi aparılır".

B.Məmmədov əlavə edib ki, yeni stansiyalar sayəsində Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlər şəhər mərkəzinə daha rahat şəkildə çatacaqlar:

"Yeni şəbəkə "Nizami", "Sahil" və "Xətai" stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq. "Yaşıl" xətt üzərində yerləşəcək 4 yeni stansiya isə 8 Noyabr prospektindən Əhmədliyə qədər olan ərazilər və ətraf kəndlər üçün mühüm əhəmiyyət daşıyacaq. Layihə, həmçinin, xətlərin ayrılması baxımından da önəmlidir".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью