Bakıda bu ərazilərdə sürət həddi 20 km/saat endirilib Xəbər saytı Son xəbərlər və Hadisələr

18.12.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə BAKU.WS-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью