Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

17.03.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək. Avqustun 27-də paytaxtımızda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью