Bakıda bu küçədə hərəkət dəyişdiriləcək DYP və AYNA dan MÜRACİƏT FOTO

05.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Martın 5-də paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin və AYNA-nın birgə məlumatında bildirilib.

Qeyd edilib ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.

Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью