Baku.ws saytına istinadən Icma.az xəbər verir. Bakının Akademik Həsən Əliyev küçəsindəki obyektlər ard-arda boşalır.
İllər boyu məişət avadanlıqları, santexnika malları satılan dükanlar niyə fəaliyyətini dayandırır?
Obyektlərin boşaldılaraq icarəyə verilməsinə səbəb nədir? Xezerxeber.az-ın məlumatına görə, obyektlərin üzərində "Kirayəyə verilir", "İcarəy
Sahibkarlar bildirdilər ki, xüsusilə son iki ay ərzində mağazanı bağlayanlar artıb.
Burada 15 ildən çox çalışan sahibkarlar səbəb olaraq alıcılıq qabiliyyətinin həddindən artıq aşağı olmasını göstərdilər.
Səbəb kimi bazarda rəqabətin artması, digər ərazilərdə də belə mağazaların çoxaldığını deyənlər də oldu.
Səbəblərdən biri kimi obyektlərin qarşısında qanuni parklanmanın olmasını deyənlər də var idi.
Bildirildi ki, dövlət müəssisələrində işləyənlər orada maşınlarını saxlayır, nəticədə mağazaya gəlmək istəyən alıcılar maşın saxlamağa yer tapa bilmirlər.