Bakıda bu küçələrdəki zebra lar yenilənəcək RƏSMİ

03.08.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yasamal rayonunun Bəsti Bağırova küçəsində yerləşən piyada keçidinin vəziyyəti narazılıq doğurur.

Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə piyada zolağının nişanlanması demək olar ki, tamamilə silinib. Bu isə həm sürücülərin keçidi vaxtında fərq etməsini çətinləşdirir, həm də piyadaların təhlükəsizliyi ilə bağlı risk yaradır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə yerləşən piyada keçidləri silinməyib:
"Keçid xətləri daha əvvəl çəkildiyi üçün zamanla intensiv nəqliyyat axını, hava şəraiti və toz-torpağın təsiri nəticəsində çirklənərək solğun görünüş alıb. Bu səbəbdən bəzi vətəndaşlarda onların silindiyi təəssüratı yaransa da, əslində piyada keçidləri mövcuddur və yalnız yenilənməyə ehtiyac duyur".

Fatimə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью