Bakıda bu küçəni su basdı Video

25.04.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Nəsimi rayonu, Bülbül prospektində su xəttində qəza baş verməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az videogörüntülər paylaşıb.

Görüntülərdən aydın olur ki, hadisə Heydər Əliyev Sarayının yaxınlığında baş verib və su küçə boyu axıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, hazırda problemin aradan qaldırılması ilə bağlı iş görülür: “Qeyd olunan ünvanda su xəttində qəza baş verib. Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir, su xəttinin təmiri və bərpası istiqamətində işlər görülür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью