Icma.az bildirir, Baku.ws portalına istinadən.
Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin Vaqif küçəsində yağış suları ciddi problem yaradıb.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayət ediblər.
Sakinlərin sözlərinə görə, küçə su altında qaldığından hərəkət etmək çətinləşib, su hətta həyətlərə və evlərə dolur. Onlar bildirirlər ki, yaranmış problemlə bağlı dəfələrlə şikayət etsələr də, indiyədək heç bir qurum tərəfindən tədbir görülməyib.