Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Görkəmli teatr və kino aktyoru, mərhum Xalq artisti Fuad Poladovun adı əbədiləşdirilib.Metbuat.az modern.az-a istinadən xəbər verir ki, Fuad Poladovun adı Bakının Yasamal rayonundakı küçələrdən birinə verilib.
Hazırda Fuad Poladov küçəsi Yeni Yasamal qəsəbəsindəki 7-ci Alatava adlandırılan ərazidən keçir.
Lakin sakinlər küçənin hazırkı vəziyyətinin heç də ürəkaçan olmadığını və abadlıq işlərinin aaprılmasının vacibliyini bildiriblər.
Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may 24-də Bakıda anadan olub. 132 nömrəli tam orta məktəbi bitirib.
O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib.
1967-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib.
Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.