Bakıda bu küçəyə İrəvaninin adı verildi

10.04.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Qərbi Azərbaycan İcmasının Bakıda əsas qərargahının yerləşdiyi küçənin adı dəyişdirilib.

Bakupost.az "Teleqraf"a istinadla xəbər verir ki, küçəyə Mirzə Qədim İrəvaninin adı verilib.

Bura indiyədək Gülnarə Qədimbəyovanın adını daşıyırdı.

Qeyd edək ki, Mirzə Qədim İrəvani (Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani) 4 dekabr 1825-ci ildə anadan olub.

O, Azərbaycan portretçisi və ornamentalist rəssamıdır. Azərbaycan panel rəssamlığının əsasını qoyub, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalıb.

Mirzə Qədim İrəvani 1875-ci ildə vəfat edib. Bu il rəssamın 200 illik yubileyidir.

Prezident İlham Əliyev fevralın 14-də Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью