Bakıda bu marketdə pişik paketlərin üstündə yatır

03.02.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Araz" marketdə pişiyin qida paketinin üzərində uzandığı əks olunub. Sözügedən görüntülər ictimaiyyət arasında ciddi narahatlıq doğurub və qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında  bildirib ki, bu çox diqqət tələb edən mövzudur:
Nəzarət edən qurumlar bu məsələlərə çox diqqətlə yanaşmalıdırlar. Həyatımızda baş verən bir çox problemlər və xəstəliklər əsasən qidadan qaynaqlanır. İnsanlar açıq havada satılan məhsulları niyə almırlar? Çünki sanitar-gigiyenik baxımdan uyğun olmur. Əgər mağazalar da həmin tələblərə cavab verməzsə, insanlar ərzaqları haradan alsınlar? Bu gün zəhərlənmələr, bakterial fəsadlar və viruslar əsasən hava və qida vasitəsilə yayılır. Qidalar nə qədər yuyulsa belə, onların üzərində olan viruslar demək olar ki, tam yox olmur.
Xüsusilə heyvanlardan əsasən it və pişiklərdən keçən xəstəliklər çox ciddi risklər yaradır. Xüsusilə pişiklərdən insanlara keçən xəstəliklər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, toksoplazmoz infeksiyası hamilə qadınlarda dölə zərər verə, immun sistemi zəif olan insanlarda isə ciddi xəstəliklərə yol aça bilər. Bundan əlavə, pişiklər vasitəsilə yoluxa bilən bəzi bakterial infeksiyalar, dəri və tənəffüs xəstəliklərinə gətirib çıxara bilər”.
Bu mənzərə sadəcə xoşagəlməz görüntü deyil, həm də evə gətirilən ərzaq vasitəsilə ağır xəstəliklərə yoluxma riski deməkdir. Mağazada pişiyin üzərində uzandığı çörək və ya qida paketi sizin mətbəxinizə daxil olduqda, hətta paket təmizlənsə belə, infeksiya təhlükəsi qalır.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью