Bakıda bu marşrutların fəaliyyəti BƏRPA EDİLİR

18.11.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gündən etibarən 6 müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti bərpa edilir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Bildirilib ki, noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa olunub.

Qeyd olunub ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью