Bakıda bu marşrutların fəaliyyəti bərpa edilir

15.11.2024

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.

Sitat.info AYNA-ya istinadən xəbər verir ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью