Bakıda bu marşrutun yolu 4 km uzadıldı

15.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bakının Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 kilometr uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişiklik nəticəsində "Koroğlu" NMM - Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью