Bakıda bu metronun yaxınlığında yanğın BAŞLADI

07.07.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının  yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-in Mətbuat xidmətinindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью