Bakıda bu parkinqlər 22 noyabra qədər ləğv edildi

12.11.2024

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhərin xüsusən mərkəzi ərazilərində parklama nişanlarının üstü bağlanıb. Bu isə parkinqlərin müvəqqəti olaraq bağlanılması deməkdir.

News24.az xəbər verir ki, buna baxmayaraq bəzi sürücülər hələ də həmin ərazilərdə avtomobillərini saxlamağa davam edirlər. Onlar bu nişanların niyə bağlandığından məlumatsızdılar.

Məsələ ilə bağlı aidiyyəti qurumdan Milli.az-a bildirilib ki, qadağa COP29 tədbiri ilə bağlıdır. Belə ki, tədbir günlərində nişanların tutulduğu ərazilərdə hərəkətin intensivliyini təmin etmək məqsədilə parkinq xidməti fəaliyyət göstərməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью