Bakıda bu şəxslərə qarşı nəzarət gücləndirildi

16.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bakıda ikitəkərli nəqliyyat vasitələri və piyadaların iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Yeni Sabah"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində ikitəkərli nəqliyyat vasitələrindən istifadə edən şəxslərin və piyadaların yol hərəkəti qaydalarına əməl etməsinə nəzarət edilir. Dördpendirli pizza

Məqsəd yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, qayda pozuntularının qarşısının alınması və mümkün yol-nəqliyyat hadisələrinin minimuma endirilməsidir.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью