Bakıda bu universitet təmir edilir 790 min manat pul AYRILDI

23.11.2024

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək.

Modern.az bu barədə "Trend"ə istinadən xəbər verir.

Dövlət satınalmalarının vahid internet portalına görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "NN Constraction" MMC-yə həvalə edib və onunla dəyəri 791.264,3 AZN (791 min 264 manat 3 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "NN Constraction" MMC-nin qanuni təmsilçisi Məcidzadə Niyaməddin Cəlil oğludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью