Bakıda bu villa 13 milyona satılır FOTO

27.01.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanın əmlak bazarında olduqca baha qiymətə bağ evləri və villaların satışına rast gəlinir.

BAKU.WS "MediaPost”a istinadən xəbər verir ki, bu dəfə əmlak alqı-satqısı ilə məşğul olan saytlardan birində yerləşdirilən elan böyük marağa səbəb olub.

Belə ki, elanda birbaşa dənizə çıxışı olan villa satışa çıxarılıb.

Şüvalan qəsəbəsində yerləşən villa fantastik qiymətə - 13 milyon manata təqdim olunub. Elandakı məlumata görə, sözügedən villa qayanın üstündə yerləşir və birbaşa dənizə çıxışı var.

Eyni zamanda 1 hektar torpaq sahəsi olan villanın içərisində hovuz, idman zalı, kinoteatr, stadion, qonaq evi, mühafizəçi evi, yaşayış evi mövcuddur. Villanın fantastik qiymətə satışa çıxarılması insanlar tərəfindən böyük maraqla qarşılanıb.

Bəzi sosial şəbəkə istifadəçiləri villanı otellə müqayisə ediblər, digərləri isə indiyədək Bakıda belə ev görmədiklərini bildiriblər.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью