Bakıda bu yol 10 günlük yol bağlanır Sürücülərin diqqətinə!

18.08.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gündən etibarən Bakıda 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью