Bakıda bu yol bağlanır Sürücülərə vacib xəbərdarlıq

10.09.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Binəqədi rayonunda Gülməmməd Ramazanov küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. pizza mizza

Təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью