Bakıda bu yol tam bağlanır

12.09.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Yasamal rayonunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Axar.az xəbər verir ki, sabah saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью