Bakıda bu yol təmirə bağlanır

21.07.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) 22 iyul tarixindən etibarən təmir işlərinə başlanılacaq

Lent.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən məlumat verilib.  

Bildirilir ki, təmir işləri müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью