Bakıda bu yola gizli radar quraşdırılıb? Rəsmi AÇIQLAMA VİDEO

11.08.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur.

Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır. Bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.

Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur.

***
10:24

Bakıda magistral yola yeni radar quraşdırılıb.

Lent.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, sözügedən radar "beton yolu" kimi tanınan Zığ-aeroport yolunda quraşdırılıb. İddialara əsasən, üzü şəhər istiqamətində sürət lövhələrinin arxasında quraşdırılan yeni radarlar yüksək sürət həddini arxadan çəkir.

Qeyd olunur ki, nəticədə radarı görə bilməyən və xəbəri olmayan sürücülər həmin ərazidən yüksək sürətlə keçərək cərimələnirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью