Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Bakıda Sabunçu rayonu ərazisində işıq dirəkləri olmasına baxmayaraq Qala–Ramanı yolunda qaranlıq hökm sürür.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Ərazidə hökm sürən qaranlıq həm sürücülər, həm də piyadalar üçün çətinlik yaradır. Sakinlər bildirir ki, ərazidə həmçinin yol örtüyü də bərbad vəziyyətdədir.