Bakıda bu yolda məhdudiyyət tətbiq edildi

03.04.2025

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Binəqədi rayonu, “Dərnəgül” metrostansiyası yaxınlığında, Abay Kunanbayev küçəsində yolun bir hissəsi qazılıb.

Xalqcebhesi.az xəbər verir ki, aparılan qazıntı işləri səbəbindən həmin ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə istismar müddəti başa çatan qaz xətləri yenilənir.

Yolda məhdudiyyət təmir işləri başa çatana qədər davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью