Bakıda bu yolda məhdudiyyət tətbiq edildi Foto

03.04.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Binəqədi rayonu, “Dərnəgül” metrostansiyası yaxınlığında, Abay Kunanbayev küçəsində yolun bir hissəsi qazılıb.

Axar.az xəbər verir ki, aparılan qazıntı işləri səbəbindən həmin ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə istismar müddəti başa çatan qaz xətləri yenilənir.

Yolda məhdudiyyət təmir işləri başa çatana qədər davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью