Bakıda bu yolda torpaq sürüşməsi TƏHLÜKƏSİ Hərəkət məhdudlaşdırıldı

06.04.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

AAYDA, FHN və DİN-nin Mətbuat xidmətlərinin birgə məlumat yayıb.

Milli.Az xəbər verir ki,aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdır.

Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılmışdır. 

Sürücülərdən alternativ olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью