Bakıda bu yollar 3 günlük bağlanacaq

30.06.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda bu yollar bağlanacaq.

AAYDA-dan Lent.az-a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.

Ərazilər və müddətlər: Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək)

30 iyun 2026-cı il, saat 10:00-dan 03 iyul 2026-cı il, saat 07:00-dək. Bu müddət ərzində yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

Ayna Sultanova küçəsi (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək)

01 iyul 2026-cı il, saat 08:00-dan  06 iyul 2026-cı il, saat 08:00-dək

Bu müddət ərzində yolun asfalt örtüyünün yenilənməsi işləri aparılacaq.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər, müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etsinlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri xahiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью