Bakıda bu yollar BAĞLANIR

16.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda 16 sentyabrdan etibarən 6 ünvanda təmir işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, təmir işləri Nizami rayonunda Zəki Məmmədov küçəsi, Abdulla Mirzəyev küçəsi, Cavid Manafov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsində yerləşən dairə, həmçinin Keşlə qəsəbəsində Mirzə Ələkbər Sabir küçəsində aparılacaq. pizza sifarişi

Xəzər rayonunda isə Əziz Mirəhmədov və Heydər Eyvazov küçələrində təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

AAYDA-nın məlumatına əsasən, təmir işlərinin gedişindən asılı olaraq qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью