Bakıda bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

30.08.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 30-u saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış Formula 1 yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Axar.az-a Bakı Şəhər Halqasından bildirilib.

Məhdudiyyətlər sentyabrın 19-dan 21-dək keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.

Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью